Qısa Müddətli Eksklüziv Əmlak Təklifləri İndi Əlçatandır. Daha Ətraflı

FÜRSƏTLƏRLƏ DOLU BİR EV

Mənzildən çıxıb birbaşa hotelə daxil olmaq imkanı sakinləri bütün üstünlüklərə daha da yaxın edir.

Tribeca (bütün gün xidmət göstərən restoran) və Blind Tiger (modern "speakeasy" bar)
Panoramik şəhər mənzərəsi olan rooftop bar və açıq terras
The Ritz-Carlton Club Lounge
24 saat konsyerj xidməti ilə eksklüziv Rezidents' Lounge
24/7 Technogym Fitnes Mərkəzi
Qapalı hovuzlar və istirahət zonası
Sauna, buxar otağı və türk hamamı/hamam olan spa
2,202 m² sahəni əhatə edən görüş və tədbir sahəsi
Konfranslar və ziyafətlər üçün geniş Şuşa bal zalı
The Ritz Kids proqramı (tezliklə)

THE CLUB LOUNGE

13-cü mərtəbədəki Ritz-Carlton Club Lounge da sakinlərin istifadəsi üçün açıqdır və yalnız əlavə xidmət kimi istifadə edilə bilər. Orada siz şəhərin möhtəşəm mənzərəsi, yerli mətbəxdən ilham almış kulinariya ləzzətləri və düşünülmüş iş rahatlığından həzz ala bilərsiniz.

EKSKLUZİV LOUNGE-LAR

Bura, hər ehtiyacı ödəmək məqsədilə xüsusi bir konsyerjin mövcud olduğu, sakinlər üçün eksklüziv bir məkandır. Gün ərzində görüşlər təşkil etmək, kofe və ya kokteyl içmək üçün açıq olan Residents Lounge-da mətbəx, kafe sahəsi, bar və bilyard masası mövcuddur.

LƏZZƏT MƏKANLARI

İlk mərtəbədə iki məkan diqqətləri üzərinə çəkir: Tribeca və Blind Tiger.

Bütün gün xidmət göstərən restoran & bar Tribeca öz menyusunda klassik New York City ləzzətlərini müasir Kaliforniya mətbəxi ilə birləşdirir.

Blind Tiger modern “speakeasy” bardır. Kokteyllərdən və həzin cazdan zövq almaq üçün sadəcə bu sirli və əsrarəngiz salona addım atmaq kifayətdir.

Rooftop bar isə nahar öncəsi içkilər, ya da gecə yarısı klassikləri üçün unudulmaz anlar vəd edir.

ROOFTOP BAR

Tezliklə açılacaq rooftop bar və restoran şəhərin kulinariya məkanlarının kuliminasiyasına çevirləcək. 26-cı mərtəbədə yerləşən restoranın həm daxili sahəsi, həm də terrası şəhər və dəniz mənzərəli panoramik mənzərədə zövq vəd edir.

TRIBECA RESTAURANT

BLIND TIGER SPEAKEASY

SAĞLAMLIQ & ÖZÜNƏ QAYĞI

Suyun cavanlaşdırıcı gücü qədim zamanlardan yerli cəmiyyətin həyatında mühüm rol oynayaraq Azərbaycanda da güclü müalicə mədəniyyəti yaratmışdır. Bu mədəniyyət The Residences-də mənimsənilir və inkişaf etdirilir.

Böyüklər və ya ailə üçün hovuzda vaxt keçirin və ya hər gün açıq olan idman zalında məşq edin. Sonra palçıq vannası, sauna, buxar otağı və türk hamamı ilə spada istirahət və özünə qulluq cənnətindən həzz alın. Yaxud, fərdi müalicə prosedurundan və The Ritz-Carlton imza ritualından faydalanın.

GÖRÜŞLƏR & ZİYAFƏTLƏR

Otelin dünya səviyyəli toplantı və tədbir məkanları konfranslar və xüsusi ziyafətlər üçün mükəmməl yer təmin edir.

UŞAQ KLUBU

The Ritz Kids proqramı gəncləri əyləndirəcək və ovsunlayacaq. Yerli macəralar və mədəni təcrübələr maraq yaratmaq üçün aparılarkən, uşaqlara uyğun yaradılmış seçimlər və menyular isə onların günlük ehtiyaclarını qarşılayacaq. Tezliklə.

ƏFSANƏVİ XİDMƏT

XİDMƏTLƏRLƏ TANIŞ OLUN

MƏNZƏRƏLİ MƏNZİLLƏR

VİRTUAL TUR