YÜKSƏLƏN ŞƏHƏR
Bakı daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün cəlbedici məkan olmaqla yanaşı, həm də nüfuzlu tədbirlər üçün canlı mərkəzdir. Adrenalin dolu F1 yarışına ev sahibliyi edən və 2024-cü ildə COP 29-u qarşılamağa hazırlaşan Bakı, həyəcan və fürsətlər şəhəridir.
BÖYÜYƏN İQTİSADİYYAT VƏ LÜKS ƏMLAK
Azərbaycan iqtisadiyyatı son illərdə davamlı şəkildə büyüyür və ölkə qlobal neft sənayesində önəmli bir oyunçu olaraq qalmağa davam edir. Bu fakt ölkənin sabit siyasi mühiti ilə birləşərək, Bakıda iqtisadi inkişafın sürətlənməsinə və xarici sərmayələrin cəlb edilməsinə əhəmiyyətli dərəcədə dəstək göstərir.
Bu, Bakının infrastrukturunun inkişafına, o cümlədən yeni yolların, hava limanlarının və ictimai nəqliyyat sistemlərinin tikintisinə böyük sərmayə yatıran Azərbaycan hökuməti tərəfindən dəstəklənməktədir. Bu da Bakıda lüks əmlakın dəyərinin artmasına gətirib çıxarır.
STRATEJİ YERLƏŞMƏ: ŞƏHƏR MƏRKƏZİNDƏ PREMİUM ƏMLAK
Bakı Avropa və Asiyaya çıxış üçün mükəmməl bir yerdə yerləşir və bu onu region üçün mühüm nəqliyyat mərkəzinə, biznes, turizm və investisiyalar üçün ideal məkana çevirir.Bakıda mənzil və kommersiya obyektlərinə tələbatın artması onu daşınmaz əmlak investisiyaları üçün cəlbedici bazara çevirir.
Bakıda kirayə evlərə olan tələbatın həm yerli sakinlər, həm də turistlər tərəfindən güclü olması isə daşınmaz əmlak investorlarına lüks mənzillərdən sabit və proqnozlaşdırıla bilən kirayə gəliri əldə etməyə kömək edir.
ƏLÇATAN ƏMLAK QİYMƏTLƏRİ
İstanbul, Moskva və ya Dubay kimi regionun digər tanınmış şəhərləri ilə müqayisədə Bakı nisbətən əlverişli əmlak qiymətləri ilə seçilir.
Son beş il ərzində şəhərdə yaşayış binalarında nəzərəçarpan artım müşahidə olunub və The Ritz-Carlton Residences, Baku bu ərazidə ilk brend yaşayış layihəsi kimi önə çıxmaqdadır.
TURİZMİN SÜRƏTLİ İNKİŞAFI
Şimaldan cəmi bir neçə saatlıq məsafədə yerləşən xizək kurortları və füsunkar Xəzər sahili ilə nəfəs kəsən çimərliklər arasında yerləşən Azərbaycan təbii gözəllik və istirahət imkanlarının unikal birləşməsini təklif edir.
Bu unikal lokasiya ölkəni regionda diqqətəlayiq bir bölgə kimi yerləşdirir və zamanla kirayə qiymətlərinin tədricən artmasına töhfə verən, inkişaf edən turizm sektoru yaradır.
VERGİ & REZİDENTLİK
Müvəqqəti yaşamaq icazəsi 100.000 AZN-dən çox əmlak investisiyası ilə verilir, mülkiyyətçilər isə əmlakın üç illik mülkiyyətindən sonra vergisiz yenidən satışdan (və ya həmin vaxta qədər aşağı vergi dərəcəsi ilə yenidən satışdan) faydalana bilərlər.