Qısa Müddətli Eksklüziv Əmlak Təklifləri İndi Əlçatandır. Daha Ətraflı

DAİMİ AKTUAL DİZAYN. MÜSTƏSNA ÜSLUB.

Bir, iki, üç və ya dörd yataq otaqlı rezidensiyalar və Penthauslar da daxil olmaqla 79 mənzil halhazırda əlçatandır. Hər bir rezidensiya orijinal dizaynla hazırlanır və məşhur dizayn studiyası Kristina Zanić Consultants tərəfindən yaradılmış unikal konseptlərdən ilhamlanaraq unikal Azərbaycan toxunuşları ilə tamamlanır.

YAŞAYIŞ SAHƏLƏRİ

Unikal mərtəbə və mənzil planları yaşayış sahələrinin bir çoxuna şəhərin və Xəzər dənizinin heyrətamiz mənzərələrini izləməyə imkan yaradır. Dəhlizdən yataq otağına aparan qoz şevron döşəməsi zərif və isti bir toxunuş üçün dizayna əlavə edilmişdir. Mebellərin aydın xətləri, əyri formalar və dəri üzərindəki həm qabarıq, həm də naxışlı teksturalar isə mənzilə xüsusi ahəng qatmaq üçün hazırlanmışdır.

YATAQ OTAQLARI

Bura, geniş qarderoblar üçün sahəsi olan, şəhərin müasir dəb təyinediciləri (trendsetterləri) üçün eksklüziv dəbdəbə cənnətidir. İnteryerlərdə həndəsi naxışlar, hamar tərəflər və qığılcımlı kristalların rəngləri ilə yanaşı, Azərbaycan sənətkarlığından xəbər verən toxunma naxışlı parçalar da yer alır.

MƏTBƏX VƏ YEMƏK SAHƏSİ

Mətbəxlər ən müasir məişət texnikası ilə təchiz oluna bilər, xüsusi yemək sahəsi isə böyük toplantıların və ya kiçik ziyafətlərin təşkil olunması üçün imkan yaradır. Məkan dərinliyi yaratmaq üçün divarlar qatlara bölünmüş, bürünc metal bəzəklər və gips təbəqələri isə tavanları bəzəmişdir.

VANNA OTAQLARI

Yüngül kölgə verilmiş mərmər döşəmə və boş sahənin ətrafındakı əksetdirici bürünc detallarla vurğulanan divarlar məkana xüsusi bir parıltı əlavə edir.

İNTERYER SEÇİMLƏRİ

Öyrəşilmiş mənzil tərzlərindən fərqli olaraq, hər bir rezidensiya xüsusi diqqətlə dizayn edilmiş və tam təchiz olunmuşdur. Bu isə sizi The Ritz-Carlton-un unikal həyat tərzinə qərq olmağa dəvət edir.

YENİ DÜNYAYA DAXİL OLUN

VİRTUAL TUR